Zeytun aptek cərimələndibackend

Zeytun aptek cərimələndi

“Zeytun Pharmaceuticals” MMC-yə cərimə protokolu yazılıb.

KONKRET.az-ın məlumatına görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 452.2-ci (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının və aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. İş hakim Rauf Əhmədovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*