Ziya Məmmədovun nəvəsinə bahalı maşın yığdırması tənqid edildi – AÇIQLAMAbackend

Ziya Məmmədovun nəvəsinə bahalı maşın yığdırması tənqid edildi - AÇIQLAMA

30 ildir Məmmədovlar ailəsi Azərbaycan xalqını təhqir edir. Ölkə üçün həssas bir dönəmdə əl boyda nəvəsinə xüsusi sifarişlə maşın yığdırıb nümayiş etdirir.

KONKRET.az xəbər verir ki, Ziya Məmmədov vaxtilə büdcədən oğurladığı milyardlarla dövlətin fəqərəsini qırdı.

Bir qardaşı – İldırım Məmmədov Azərbaycanın Dəmir Yollarını çapıb taladı.

Başqa bir qardaşı – Elton Məmmədov Ramiz Mehdiyevin parlamentdəki hüceyrələrindən idi.

Hazırda dövlət bütün resurslarını şəhid ailələrinin, qazilərin təminatına yönəldib.

Azyaşlı uşağa oğurluq pullarla bahalı maşın yığdıran Z.Məmmədov məhz belə bir situasiyada cəmiyyəti məqsədli şəkildə qıcıqlandırır.

Məmmədovlar ailəsi ölkədə haqqın, ədalətin, əxlaqın düz ortasına tüpürüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*