64 gün yerə enmədən havada qalmağı bacaran pilotlar: Tarixin ən uzun uçuşu – FOTOLARbackend

64 gün yerə enmədən havada qalmağı bacaran pilotlar: Tarixin ən uzun uçuşu - FOTOLAR

64 gün eniş etmədən uçmağa davam edən bir təyyarəni düşünün. Hadisə 1958-ci ildə baş verib.

KONKRET.az sizə dünyanın ən uzun uçuşu zamanı baş verənlər haqda maraqlı məlumatları təqdim edir.

Bütün bu macəra əslində bir otel sayəsində başlayıb.

Hacienda adlı bir otel populyar tətil yerlərindən uzaq olduğu üçün insanların diqqətini kifayət qədər çəkməyib. Otel sahiblərinin reklam fikirləri sürətlə tükənməyə başlayıb. Bu vaxt avtomatik oyun texnikası mütəxəssisi Bob Tim indiyə qədər olan ən uzun uçuşu həyata keçirmək üçün müxtəlif planlar qurub və otel sahibləri ilə fikirlərini bölüşüb. Bob Tim bundan sonra otelin adını təyyarənin üzərinə yapışdıraraq 100 min dollar qarşılığında bu uçuşu həyata keçirmək üçün razılaşır.

Bu tarixi uçuş üçün bir “Cesena 172” alınıb. Bob Tim və Con Kuk bu uçuşa pilotluq ediblər. Əlbəttə ki, bu qədər uzun uçuş üçün bəzi tənzimləmələr də edilməli və pilotların 4 saat fasilələrlə istirahət edə bilməsi üçün kabinəyə bir döşək yerləşdirilməli idi. Bundan əlavə, bir tualet də əlavə edilib və təyyarənin yanacaq çəni böyüdülüb.

Con və Tim 4 dekabrda 50 günlük dünya rekordunu keçmək və yeni bir dünya rekordu qırmaq üçün yola çıxıblar. Komanda ilk günlərdə təcili eniş ehtimalını nəzərə alaraq yalnız Las Veqas üzərindən uçuşlar həyata keçirib. Növbəti günlərdə yollarını Kaliforniya və Arizonaya dəyişiblər.

Longest Continuous Flight Was 64 Days In Tiny Plane - Here's How They Did It - World War Wings

Pilotlar enmədən ən azı 50 gün havada qalmaq məcburiyyətində qaldıqları üçün yanacaq da almalı idilər. Bunun üçün yanacaq yüklü bir mikroavtobusdan kömək alıblar. Mikroavtobusla eyni sürətdə hərəkət edir, bütün çənləri doldururdular və bu proses gündə iki dəfə təkrarlanırdı. Bütün bu müddət təxminən 3 dəqiqə çəkirdi. Yanacaqdan əlavə olaraq yük maşınına yaxınlaşdıları zaman otelin aşpazları tərəfindən xüsusi hazırlanmış yeməkləri də alırdılar. Bu proses tam olaraq eyni qayda ilə 64 gün davam edib.

One airplane, two pilots, 65 days of nonstop flight - AOPA

Birinci ay problemsiz keçsə də, mühərrikdən gələn səs-küy və günlərlə davam edən təcrid hər iki pilotu gərgin duruma salmağa başlayıb. 35-ci gündə pilotlardan biri yuxuya gedib və təyyarə qəza təhlükəsi ilə üz-üzə qalıb. 39-cu gündə təyyarədəki generator xarab olub. Beləliklə, istilik və elektrik enerjisi də gedib.

Bu hadisələrdən düz 11 gün sonra, 23 yanvar tarixində “Hacienda” tarixin ən uzun və davamlı uçuş rekordu qırılıb. Əlbəttə ki, bütün bu çətinliklərə baxmayaraq, pilotlar bir müddət də dözmək istəyiblər və 2 həftə daha havada qalmaqla yeni bir rekorda imza atıblar.

7 fevral 1959-cu ildə bitən bu uçuş düz 64 gün, 22 saat 19 dəqiqə çəkib. Musavat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*