Ağdamda 60 hektardan artıq ərazidə yanğın başlayıb.
KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Kəngərli kəndində açıq ərazidə quru ot və kol olan hissədə baş verib.
Əraziyə FHN-nin Ağdam rayonunun yanğınsöndürən bölməsinin iki maşını və şəxsi heyəti cəlb olunub. Yanğın genişlənərək əraziyə yayıldığından əlavə olaraq FHN-nin Xocalı rayonun yanğınsöndürən bölməsinin bir avtomobili və şəxsi heyəti də köməyə cəlb edilib.
Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.
