Avropa Məhkəməsi rusiyalı oliqarxın iddiasını rədd etdibackend

Avropa Məhkəməsi rusiyalı oliqarxın iddiasını rədd etdi

Avropa İttifaqını ən yüksək məhkəməsi olan Avropa Məhkəməsi milyarder Əlişir Usmanovun sanksiya siyahısından çıxarılması ilə bağlı iddiasının rədd edilməsinə qərar verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məhkəmənin saytında məlumat verilib. Məlumata görə, Aİ Məhkəməsi həmçinin VEB-in rəhbəri və Rusiya Federasiyası baş nazirinin keçmiş müavini İqor Şuvalova qarşı sanksiyaları ləğv etməkdən imtina edib.

Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya təcavüzündən sonra Əlişir Usmanov da bir çox digər rusiyalı iş adamları və siyasətçiləri kimi Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Yaponiya, Kanada, Avstraliya və digər ölkələrin sanksiyalarına məruz qalıb. Qərar Usmanovun Rusiya prezidenti Putinlə xüsusilə yaxın əlaqələrinin olması və Ukraynada sabitliyin pozulmasını fəal şəkildə dəstəkləməsi ilə əsaslandırılıb. İş adamı bu iddiaları rədd edərək, israrla qeyd edib ki, o, yalnız milyardlarla dollarlıq sərvətinə görə siyahıya salınıb.

Xatırladaq ki, Özbəkistanda doğulan Usmanov dünyanın ən zəngin adamlarından biridir. O, Megafon və Metalloinvest şirkətlərinin sahibi olan USM holdinqinin (49%) təsisçisi və əsas səhmdarıdır. O, hazırda Rusiyanın ən varlı iş adamları reytinqində 8-ci yerdədir. Rusiyanın “Forbes” jurnalının məlumatına görə, 2023-cü ildə Usmanovun sərvəti 14,4 milyard dollar (13,3 milyard avro), bir il əvvəl isə 11,5 milyard dollar olub.

Natiq Səlim,

KONKRET.az​

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*