Azərbaycanda bu pullar dəyərindən baha qiymətə ALINIR – FOTObackend

Azərbaycanda bu pullar dəyərindən baha qiymətə ALINIR - FOTO

Sosial şəbəkələrdə bəzi az sayda buraxılmış qəpik pulların satışı həyata keçirilir. Bu pullar dəyərindən çox baha qiymətə alınır.

Bəs insanlar bu pulları alıb nə edirlər? Sözügedən pulların baha qiymətlərə alınıb-satılması qanunidirmi?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlamasında bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, pulun iki funksiyası var:

“Pul həm əşya, həm də ödəniş vasitəsidir. Nadir pul sikkələri və əskinasları toplayan şəxslərə numizmat deyilir. Bu şəxslər puldan əşya kimi istifadə edərək ondan kolleksiya yığırlar”.

Ə.Həsənov qeyd edib ki, pulların bu şəkildə yığılması qanunidir:

“Pul da sənət əsərləri, kitablar və bu kimi tarixi əşyalar kimi yığıla bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*