Bakı Fond Birjasında yeni təyinat – FOTObackend

Bakı Fond Birjasında yeni təyinat - FOTO

Bakı Fond Birjasının İdarə Heyəti sədrinin ofisinin yeni rəhbəri təyin edilib.

KONKRET.az Banker.az-a istinadən xəbər verir ki, sözügedən vəzifəyə Emil Babayev gətirilib.

E.Babayev 2021-ci ilin yanvarından BFB-yə təyinat alıb. Həmin tarixdən 2024-cü ilin fevralına qədər Biznesin inkişafı qrupunun rəhbəri olub.

E.Babayev 2020-ci ilin oktyabrına qədər isə ABB-də İpoteka şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, bundan daha əvvəllər isə Azərbaycan İpoteka Fondunda, eləcə də bağlanmış banklar “Dekabank” və “Kredobank”da İdarə Heyəti sədrinin müavini kimi çalışmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*