Bakıda bu tarixdən hava kəskin dəyişir – XƏBƏRDARLIQbackend

Bakıda bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ

Azərbaycanda iyulun 24-dən hava şəraiti dəyişir.

Bu barədə KONKRET.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında iyulun 24-ü axşamdan 25-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. İyunun 25-də yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında iyulun 24-ü gündüz dağlıq ərazilərdən başlayaraq 26-sı axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

  • Şəhla Abbasova
    İyul 24, 2024 - 11:13

    Salam hörmətli redaksiya.Sizə Hökməli qəsəbəsi sakinləri adından yazıb xahiş edirik.Yeni məhəllə Rəsul Rza küç.yolumuz yox,avtobusumuz yox,suyumuz yox .Suyu maşınla aliriq-40man.1 ay getmir.Qazancimizin 50 faizi taksiyə gedir.Xahish edirik,bizə kömək edin.Belə düşünürük ki, hörmətli cənab prezidentimizin mərkəzə bu qədər yaxın bir ərazinin bu qədər baxımsız,bərbad gündə olmasından xəbərsizdir.Lutfən kömək edin.Sizin köməyinizə çox ehtiyacimiz var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*