Zelenski: ABŞ Ukraynaya Donbasdan çıxmaq müqabilində NATO üzvlüyü təklif edibbackend

Zelenski: ABŞ Ukraynaya Donbasdan çıxmaq müqabilində NATO üzvlüyü təklif edib

ABŞ ilk dəfə olaraq Ukraynaya Donbasdan geri çəkilmək müqabilində NATO-ya üzvlük təklif edib. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” agentliyi məlumat yayıb.

Ukrayna lideri eyni zamanda Kiyevin mövqeyinin dəyişmədiyini vurğulayıb: “Mən dəfələrlə demişəm ki, Ukrayna geri çəkilmir və öz torpaqlarını terrorçulara vermir”.

Zelenskinin sözlərinə görə, hazırda Kiyev tərəfdaşları ilə hərtərəfli təhlükəsizlik və dəstək paketini müzakirə edir.

Təklif olunan paketə NATO və Avropa İttifaqının konkret təhlükəsizlik zəmanətləri, lazımi sayda hərbçisi olan güclü Ukrayna ordusunun saxlanılması, silah və maliyyə dəstəyi, eləcə də ölkənin bərpası planı daxildir.

Prezident bildirib ki, ABŞ və NATO-nun digər tərəfdaşları bu təklifi təsdiqləyəcəkləri təqdirdə, məsələni Ukrayna cəmiyyətinin müzakirəsinə çıxaracaq. Onun sözlərinə görə, belə mühüm qərarı təkbaşına qəbul edə bilməz.

Zelenski qeyd edib ki, hazırda ABŞ tərəfi NATO Nizamnaməsinin 4-cü və 5-ci maddələrinə bənzər təhlükəsizlik zəmanətlərini müzakirə edir. Lakin bu zəmanətlər çərçivəsində ABŞ hərbçilərinin Ukrayna ərazisində yerləşdirilməsi nəzərdə tutulmur.

Vaşinqton təklif olunan təminatları ikitərəfli təhlükəsizlik zəmanətləri kimi təqdim edir və onları İsrail, eləcə də Yaxın Şərqin bəzi ölkələri ilə mövcud təhlükəsizlik razılaşmaları ilə müqayisə edir.

Beləliklə, Donbas məsələsi Ukraynanın gələcək təhlükəsizlik təminatları və NATO-ya üzvlük perspektivi ilə bağlı müzakirələrin əsas mövzularından birinə çevrilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*