BBC-nin müxbiri Gəncə şəhərində – VİDEObackend

BBC-nin müxbiri Gəncə şəhərində - VİDEO

BBC-nin müxbiri erməni işğalçıları tərəfindən Gəncədə dağıdılan binanın ərazisində olub.

O bildirib ki, burada yalın əllə, itlərlə və ağır texnikalarla axtarış davam edir:

“Siz dağıntıların genişliyini öz gözlərinizlə görə bilərsiniz. Çox geniş ərazidir. Aydındır ki, buradakı binalar yaşayış binalarıdır. Hücum yerli vaxtla gecə saat 2-də baş verib, bu zaman insanlar öz yataqlarında yatırdılar. Dağıntıların arasında yorğanlar və döşəklər görə bilərik. Yerli mütəxəssislər bildiriblər ki, onların istifadə etdikləri silahlar uzaqmənzilli raketdir. Onun fikirlərinə görə, raket Qarabağdan yox, Ermənistan ərazisindən atılıb. Hələlik isə bu fikir təsdiqlənməyib.

Bu, açıq-aşkar çox genişmiqyaslı bir hücumdur. Həmin hücum hərbi məntəqələrə edilməyib. Cəbhənin digər tərəfindən isə digər iddialar gəlir. Rusiyanın vasitəçilik etdiyi atəşkəs olmalı idi, lakin burada atəşkəs yox, müharibə mənzərəsi görünür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*