BMT-nin yol xəritəsi minatəmizlənmə işini sürətləndirə biləcəkmi? – Ekspertdən AÇIQLAMAbackend

BMT-nin yol xəritəsi minatəmizlənmə işini sürətləndirə biləcəkmi? - Ekspertdən AÇIQLAMA

BMT-nin İnkişaf Proqramı ANAMA ilə birgə əməkdaşlığın növbəti mərhələlərini özündə ehtiva edən yol xəritəsi hazırlayacaq. Bu barədə məlumat verən BMTİP-nin müvəqqəti işlər vəkili Suxrob Xojimatov bildirib ki, ənənəvi və əvvəlki üsullarla minatəmizləmə işlərinin aparılması effektivliyi daha az edir. Müasir üsullar bunu daha da sürətləndirir.

Bəs görəsən, sözügedən yol xəritəsi minatəmizlənmə işinin effektivliyini artıra biləcəkmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Abuzər Əbilov bildirib ki, belə bir xəritəyə ehtiyac var:

“44 günlük müharibədən sonra minatəmizləmə işi ilə məşğul olan qurumların əsas vəzifəsi işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi idi. Hazırda həmin ərazilərdə çox böyük işlər gedir. Bu işin daha sürətli olması üçün bütün qüvvələr səfərbər edilib. Həmçinin, qardaş ölkə Türkiyədən ekpsertlər dəvət edilib. İndiyə kimi ərazilərin bir qismi təmizlənib. Bundan sonra prosesin uğurla davam etməsi üçün konkret yol xəritəsinə ehtiyac yaranmışdı”.

Ekspertin fikrincə, minatəmizlənmə işinin qısa bir müddətdə yekunlaşmasını gözləmək olmaz:

“Qarabağda yalnız bir şəhərdə yaşayış məntəqələri salınmayacaq. Bütün şəhərlərin inkişaf planı var və bu işlər planla görülməlidir. İşlərin mərhələli qaydada görülməsi üçün isə yol xəritəsinə ehtiyac yaranıb. Minatəmizləmə işinin qısa bir müddətdə yekunlaşmasını gözləmək olmaz. Çünki buarda təkcə yaxın illərdə basdırılan minlardan söhbət getmir. 30 il ərzində düşmən o minaları heç bir xəritə olmadan, necə gəldi torpalarımıza əkib. Ermənistan Silahlı Qüvvələri bu işi görərkən hərbi elmə əsaslanmayıb. O ərazilərin mina xəritələri demək olar ki, yoxdur. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, bu, xeyli zaman alan bir işdir”.

Şəbnəm Mehdizadə,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*