Boris Conson və həyat yoldaşı cərimələnəcəkbackend

Boris Conson və həyat yoldaşı cərimələnəcək

Böyük Britaniyanın baş naziri Boris Conson və həyat yoldaşı Kerri Conson COVID-19 qaydalarını pozduqlarına görə cərimələnəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.

Açıqlamada bildirilib ki, COVID-19 səbəbiylə elan edilən istintaq çərçivəsində daha 30 nəfər cərimələnəcək.

Baş nazirliyinin sözçüsü Conson və maliyyə naziri Rişi Sunakın bu şəxslər arasında olduğunu bildirib. Hər üç şəxsin 2020-ci ilin iyun ayında ad günündə iştirak etdiyi qeyd edilib.

Ana müxalifətdəki İşçi Partiyasının lideri Keyir Starmer Consonun istefasını tələb edib:

“Boris Conson və Rişi Sunak qanunları pozaraq Britaniya ictimaiyyətinə dəfələrlə yalan danışıblar. Hər ikisi istefa verməlidir”.

Şotlandiya regional hökumətinin baş naziri Nikola Stercen da Conson və Sunakın istefaya getməli olduğunu bildirib.

Qeyd edək ki, Baş nazir hadisələr zamanı bütün məhdudiyyətlərə əməl edildiyini əsas gətirərək, istefası ilə bağlı çağırışları rədd edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*