“Böyük ehtimal qarşıda Türkiyə və Azərbaycan Ermənistanla birbaşa dialoqa başlayacaq”backend

"Böyük ehtimal qarşıda Türkiyə və Azərbaycan Ermənistanla birbaşa dialoqa başlayacaq"

“Baydenin genosid ifadəsini işlətməsinin heç bir hüquqi qüvvəsi olmadığına görə bu açıqlamanın əsas amacı 2-ci Qarabağ savaşından sonra məğlubiyyətə uğramış erməni diasporuna və erməni cəmiyyətinə mənəvi təskinlik vermək və sakitləşdirməkdir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Amerika-Azərbaycan Gəncləri Sosial Dərnəyinin rəhbəri Vüqar Əhmədov bildirib. Onun sözlərinə görə, ABŞ regionda liderliyini qaytarır və regionda cərəyan edən geo-siyasi proseslərə təsirini artırır: “Böyük ehtimal qarşıda Türkiyə ilə Ermənistan və Azərbaycan ilə Ermənistan arasında dialoq və etimad mühitinin gücləndirilməsi istiqamətində ABŞ-ın daha aktiv rol alacağının şahidi olacağıq”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*