Əhaliyə peyvənd əvəzinə başqa məhlul vurublar! – SENSASİON AÇIQLAMAbackend

Əhaliyə peyvənd əvəzinə başqa məhlul vurublar! - SENSASİON AÇIQLAMA

Koronavirusa yoluxan xəstələrə səhvən “Pfizer”in COVID-19 peyvəndi əvəzinə natrium xlorid (NaCl) ineksiya ediblər. Hadisə Fransanın şimal-şərqindəki Eperne şəhərində baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin “Bleu” radiostansiyasından bildirilib. Qeyd olunur ki, həkimlər peyvənd mərkəzində 140 xəstəyə bu məhluldan vurublar. Bu inyeksiya sağlamlıq üçün təhlükəsizdir, lakin həmin xəstələr yenidən vaksinasiya olunmalıdırlar.

Fransada peyvənd kampaniyası ötən ilin dekabr ayının sonunda başlayıb.

Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə təxminən 14 milyon insan artıq peyvəndin ilk dozasını alıb. / MediaBaku.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*