Güclü külək qərb bölgəsində də problemlər yaradıb.
KONKRET.az-ın məlumatına görə, Gəncənin müxtəlif yerlərində iri ağaclar küləyin təsirindən aşıb. Şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilməsində problemlər yaranıb.
Şəhərin 28 May küçəsində (Daş körpü adlanan ərazidə) yolun kənarında yerləşən iki işıq dirəyində elektrik naqilləri qırılaraq yerə düşüb. Həmçinin, külək nəticəsində xalça fabrikinin ərazisində yanğın baş verib.
FHN-nın yanğından mühafizə bölməsinin əməkdaşları tərəfindən yanğın sondürülüb.
Daşkəsən rayonunda güclü külək nəticəsində bəzi yerlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
