oranboyda yanğın hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, 1960-cı il təvəllüdlü Ş. Hüseynovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili hərəkətdə olarkən qəfil yanmağa başlayıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, avtomobilin qalan hissəsi alovdan mühafizə edilib.
Yanğın nəticəsində yük avtomobilinin yük yerində olan çörəklər yanaraq yararsız hala düşüb. Məlumata görə, avtomobil çörək daşımaq üçün istifadə olunurdu.
Faktla bağlı araşdırma aparılır.
