Hesablama Palatası Bakı Nəqliyyat Agentliyində (BNA) nöqsanlar AŞKARLADIbackend

Hesablama Palatası Bakı Nəqliyyat Agentliyində (BNA) nöqsanlar AŞKARLADI

Hesablama Palatası Bakı Nəqliyyat Agentliyində (BNA) yoxlamaların nəticələrini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Palatanın 2021-ci ilə dair hesabatına əsasən, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin Bakı Nəqliyyat Agentliyinin tərkibinə verilməsi haqqında tapşırığın tam şəkildə icra olunmadığı müəyyənləşib.

Hesabatda dövlət büdcəsinin investisiya xərcləri hesabına BNA tərəfindən ümumilikdə 165 836,9 min manata 415 ədəd sərnişin avtobusunun alınması əməliyyatlarının başa çatması və həmin avtobuslardan ilkin dəyəri 159 211,1 min manat olan 394 ədədin qanunvericiliyə uyğun razılaşdırılmaqla əvəzsiz olaraq “BakuBus” MMC-nin istifadəsinə verilməsi üçün tələblərin tam həyata keçirilmədiyi bildirilib.

  • Tahir
    Aprel 20, 2022 - 14:23

    Avtobusun bir ədədi 400 min manata? Azdır. Bir az da baha almaq olardı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*