İdlibdə vəziyyət gərginləşsə… Ərdoğanla Putin razılığa gələcəkmi? – AÇIQLAMAbackend

İdlibdə vəziyyət gərginləşsə... Ərdoğanla Putin razılığa gələcəkmi? - AÇIQLAMA

Elxan Şahinoğlu

Elxan Şahinoğlu: “Türkiyə və Rusiya kimi böyük dövlətin Suriyada toqquşması iki ölkənin də maraqlarına  ziddir”

Bütün dünyanın diqqəti Rusiya və Türkiyə prezidentlərinin Moskva görüşünə yönəlib. Tərəflər İdlib məsələsini müzakirə edəcək və atəşkəs əldə olunması istiqamətində danışıqlar aparacaq. Siyasi şərhçilər bu görüşün Soçi razılaşmasından da vacib olduğu açıqlayırlar.

Görüşün başlanmasına saatlar qalmış mövzunu KONKRET.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu bildirib ki, hər kəs İdlib ətrafında atəşkəsin elan olunacağına ümid edir: “Soçi razılaşmasına əməl edilməsi çox vacibdir. Hər iki tərəf bu istiqamətdə anlaşarsa, o zaman görüşün nəticəsini müsbət qiymətləndirmək olar. Amma görüşün nəticələri barədə o qədər də optimist düşünmürəm. Çünki Rusiya öz üzərinə düşənləri etmir. Növbəti razılaşmadan sonra İdlib ətrafında yenidən təxribat baş verəcəyi gözləniləndir. Yəni Əsədə bağlı qüvvələrin yenidən hücuma keçəcəyi istisna olunmur. Belə bir məqamda isə Türkiyə cavab vermək məcburiyyətində qalacaq”.

Elxan şahinoğlu əlavə edib ki, əvvəllər də Ərdoğanla müəyyən razılaşmalar əldə olunub: “Lakin bu razılaşmalara sona qədər əməl edilməyib. Bu dəfə də razılaşmanın yerinə yetiriləcəyinə dair heç bir təminat yoxdur. Amma İdlibə görə Türkiyə və Rusiya kimi böyük dövlətin Suriyada toqquşması iki ölkənin də maraqlarına ziddir. Hesab edirəm ki, hər iki tərəf anlaşmada maraqlıdır. Çünki hər iki dövləti bir-birinə bağlayan böyük layihələr (boru xətləri, enerji nəqli, ticarət dövriyyəsi və sairə) mövcuddur. Amma İdlibdə təcili surətdə atəşkəs əldə olunmazsa, o zaman vəziyyət yenidən gərginləşəcək”.

 

   Müşviq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*