Jurnalist itkin düşdü – FOTObackend

Jurnalist itkin düşdü - FOTO

Jurnalist Maksim Obedkov Karaqandada itkin düşüb.

KONKRET.az xəbər verir ki, o, iyunun 17-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu hadisə ilə bağlı axşam Karaqanda şəhər polis idarəsi məlumat yayıb.

189 sm boyu olan, arıq bədən quruluşlu, qara saçlı, qəhvəyi gözlü jurnalisti son dəfə boz cins şalvarda, mavi idman ayaqqabısında və başında qara papaqla görüblər.

Qeyd edək ki, Obedkov bu illər ərzində şəhər və respublika qəzetlərinin redaksiyalarında idman jurnalisti işləyib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*