K.Bekaryan: “Dağlıq Qarabağla bağlı nə isə baş verir, amma xarici işlər naziri susur”backend

K.Bekaryan: "Dağlıq Qarabağla bağlı nə isə baş verir, amma xarici işlər naziri susur"

Ermənistan milli maraqlarımıza cavab verməyən saxta gündəmdə yaşayır.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikri analitik Karen Bekaryan beynəlxalq və regional hadisələr və Ermənistan hakimiyyətinin atdığı addımları şərh edərkən bildirib.

Analitik ATƏT-in Minsk Qrupu həmsədrlərinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşünün Suriyada Rusiya-Türkiyə eskalasiyası fonunda baş tutmasına diqqət çəkib.

“Danışıqlar prosesində tərəflər maraqların kəsişməsini tapa bilmədiklərini hiss etdikdə ehtimal olunan toqquşmadan çəkinir. Ən sadə texnologiya – ortaq maraqların toqquşduğu digər məsələlər də daxil olmaqla danışıqların dairəsi genişlənir”.

K.Bekaryan diqqəti buna çəlb edir ki, “Bu görüş Rusiya-Türkiyə kontekstində problemi Qarabağ münaqişəsinə qədər uzatmağa cəhd göstərildiyinə bir işarədir”.

Onun fikrincə, bu görüşlərdə Ermənistanın əleyhinə nə isə baş verir. Amma hakimiyyət nədənsə bu barədə düşünmək istəmir və başa düşmür ki, bundan qaynaqlanan fəaliyyət sistemimiz olmalıdır.

Bekaryan regional hadisələrdən asılı olmayaraq, Minsk Qrupu həmsədrlərinin Türkiyənin xarici işlər naziri ilə görüşündə problemlər görür.

“Görüş Minsk Qrupunun həmsədr ölkələri tərəfindən təşəbbüs edilsə də, bu faktın özü müəyyən bir şübhə yaratmağa imkan verir. Məsələn, Minsk qrupuna üzv ölkələr niyə Türkiyə ilə görüşür? – deyə Bekaryan soruşur.

“Türkiyə görüşün təşəbbüskarıdırsa, o zaman ATƏT-in Minsk Qrupu həmsədrləri iclasın Türkiyə və Azərbaycanın maraqları naminə istifadə edilə bilməməsinə zəmin yaratmalı və bununla da danışıqlar prosesində dağıdıcılıq prosesinə əngəl olmaldır. Bu, bir şərtdir. Amma Minsk Qrupu ölkələrinin Türkiyə ilə belə bir razılığı yox idi. Erməni diplomatiyası hadisələrin belə bir inkişafına reaksiya verməli olduğu halda nədənsə susur.

Karen Bekaryan bütün bu sualların cavabını Xarici İşlər Nazirliyindən gözləmək lazım olduğunu vurğulayıb. O vurğulayıb ki, “Dağlıq Qarabağla bağlı nə isə baş verir, amma xarici işlər naziri bilərəkdən susur”.

Analitik hesab edir ki, keçmişdə də Türkiyə ilə oxşar görüşlər baş verib. Lakin o, bu görüşün çox əhəmiyyətli dərəcədə fərqli olduğunu düşünür.

“Hesab edirəm ki, bu məsələ daha yaxşı xarici işlər nazirinə aydındır, sadəcə nazirlik hərəkətsizliyin bəhrəsini göstərməməyə çalışır”, – deyə K.Bekaryan vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*