Mayın 10-da dərslər başlayır? – RƏSMİ AÇIQLAMAbackend

Mayın 10-da dərslər başlayır? - RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi mayın 10-dan orta ümumtəhsil müəssisələrində təhsil alan yuxarı sinif şagirdləri üçün tədrisin başlanılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, mayın 10-dan yuxarı sinif şagirdləri – yəni 9, 10 və 11-ci sinif şagirdləri üçün orta məktəblərdə tədrisin başlanılacağı barədə hər hansı qərar verilməyib:

“Təhsil Nazirliyində belə bir məlumat yoxdur. Bu barədə qərarın verilməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. İnsanları yalnız rəsmi mənbələrin məlumatlarına inanmağa çağırırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*