Millimiz məğlub oldubackend

Millimiz məğlub oldu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda mübarizəni dayandırıb.

KONKRET.az xəbər verir ki,  B liqasında çıxış edən yığma I qrupdakı son oyununda Şimali İrlandiya seçməsi ilə qarşılaşıb.

Larn şəhərindəki “İnver Park” stadionunda baş tutan görüş rəqibin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 34-cü dəqiqədə Çora Çambers vurub.

Qeyd edək ki, Azərbaycan yığması qrupdakı ilk oyunda Farer adalarına 2:0 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada Maltaya uduzub – 1:2.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*