“Nazlifan” qatar yoluna çıxdı, qəza oldu – FOTObackend

“Nazlifan” qatar yoluna çıxdı, qəza oldu - FOTO

Bu gün saat 07:10 radələrində ADY-yə məxsus elektrovoz Sitalçay yaxınlığında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 75-Vl-639 olan “Nazlifan” markalı avtomobil dəmiryol keçidində qəflətən qatarın yoluna çıxıb.

KONKRET.az xəbər verir ki, bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, toqquşma nəticəsində xəsarət alan olmayıb.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Xatırladaq ki, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülər 100 manat məbləğində cərimə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*