Nyu-York metrosunda insanlara atəş açan şəxslə bağlı – AÇIQLAMA / YENİLƏNİBbackend

Nyu-York metrosunda insanlara atəş açan şəxslə bağlı - AÇIQLAMA / YENİLƏNİB

 Nyu-York metrosunda insanlara atəş açaraq 16 nəfəri yaralayan şəxs qaradərili olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Nyu-York Tayms” xəbər yayıb.

Bildirilir ki, atəş açan şəxs əleyhqaz və narıncı jilet geyinmiş bir şəxsdir. O, cinayət yerindən qaça bilib. Hazırda axtarılır.

ABC televiziya kanalının məlumatına görə, qaçan şəxsin boyu 150 santimetr, çəkisi 70-80 kiloqram aralığındadır.

18:31

Nyu-York metro stansiyasında çoxlu sayda insan güllələnib və partlayıcı maddələr tapılıb.

KONKRET.az  “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Hüquq-mühafizə orqanları “Bruklin” metrosunun platformasında bir neçə nəfərin güllələndiyini aşkar ediblər.

Hadisə  səhər saat 08:30 radələrində baş verib və metro stansiyasına polis qrupları çağırılıb. Hücum nəticəsində ölənlərin olub-olmadığı hələlik bəlli deyil.

Amma xeyli sayda insan yaralanıb. Polis metroda partlayıcı qurğunun tapıldığını açıqlayıb. İstintaqla bağlı məlumat verən hüquq-mühafizə əməkdaşı şübhəli şəxsin tikinti paltarı və qaz maskası geyindiyini deyib.

Hadisə yerindən çəkilmiş fotoda stansiyanın döşəməsində qan içində uzanan insanlar əks olunub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*