Ölkədə internet kəskin bahalaşdıbackend

Ölkədə internet kəskin bahalaşdı

Bu gündən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib. 

KONKRET.az Trend-ə istinadən xəbər verir ki, GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb.

Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib.

Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb.

  • Tahir
    Avqust 16, 2024 - 21:14

    Bizə 100 mbit/s lazım deyil,50 mbit/s olsa bəsdir,seçim etməyə imkan verin,bu ədalətsizlikdir,

  • Tahir
    Avqust 16, 2024 - 21:18

    Bizə 100 mbit/s lazım deyil, 50 mbit s olsa bəsdir, seçim etməyə imkan verin,bu ədalətsizlikdir, Allah sizə rəhm etsin,öz milletinize bu qədər amansız olmayın

  • Hasan
    Avqust 18, 2024 - 14:48

    Bəsdi xalqın millətin cibinə girdiz

  • Haller
    Avqust 20, 2024 - 17:23

    Ozunuze laiq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*