Ölkədəki faktiki hava AÇIQLANDIbackend

Ölkədəki faktiki hava AÇIQLANDI

Aprelin 12-si saat 21:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi güclənib. 

Bu barədə KONKRET.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Küləyin sürəti Ağdamda arabir 38 m/s, Bərdə və Tərtərdə 36 m/s, Ağdamda 34 m/s, Gəncədə 33 m/s, Naftalanda 32 m/s, Bərdə, Tovuz, Daşkəsəndə 28 m/s, Kəlvəzdə 25 m/s, Zərdab, Ağstafa,  Şəmkir, Gədəbəydə 24 m/s, Balakəndə 21 m/s – dək güclənib, digər rayonlarda isə 15-20 m/s arasında gücləndiyi müşahidə edilir.

Ölkə ərazisində güclü küləkli hava şəraitinin aprelin 13-ü axşamadək davam edəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*