Pakistanda yanğın: 8-i uşaq olmaqla 9 nəfər ölübbackend

Pakistanda yanğın: 8-i uşaq olmaqla 9 nəfər ölüb

Pakistanın Sind əyalətində bir kənddə baş verən yanğında ilkin məlumata görə, 8-i uşaq olmaqla 9 nəfər həyatını itirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.

Bildirilib ki, Sind əyalətinin Dadu rayonunda bir evin mətbəxində baş verən yanğın sürətlə yayılaraq 50 evi yararsız hala salıb.

Həmçinin kənd sakinləri yanğın zamanı 160 baş heyvanının tələf olduğunu bildirib.

Baş nazir Şahbaz Şərif hadisə ilə bağlı geniş bir hesabatın hazırlanmasına göstəriş verib  və kəndlilərə yardım ediləcəyini qeyd edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*