Putin “Navalnı imtahanı”ndan kəsildi – Kremlin meyit qorxusuna sözardıbackend

Putin “Navalnı imtahanı”ndan kəsildi – Kremlin meyit qorxusuna sözardı

Rusiyanın imici artıq xristian dəyərləri baxımından da yerlə-yeksan olub.

Öncə eyni din daşıyıcıları olan gürcülər və moldovanlara güc tətbiq edən, ardınca isə slavyan qardaşları olan ukraynalıların ərazilərini işğal etməsi Rusiyanın nüfuzunun zədələnməsi ilə nəticələnib. Hazırda isə müxalifətçi siyasətçinin meyiti ətrafında baş verənlər Rusiya hakimiyyətində müdrikliyin çatışmadığına dəlalət edir.

Biz isə ölkəmizdə bunun əksi olan müdrik davranışı Heydər Əliyevin simasında görmüşük. 2000-ci ildə müxalifət lideri Əbülfəz Elçibəyin ağır xəstəliyə düçar olması məlum olanda Prezident Heydər Əliyev dərhal efirə çıxaraq dövlətin onun yanında olduğunu söylədi. Bundan başqa, Heydər Əliyev mərhum sələfinin Elmlər Akademiyasının binasında keçirilən dəfn mərasiminə gedərək, ailə üzvlərinə başsağlığı verdi. Onu bu addımdan qaragüruh qüvvələrin səs-küy salacağı xəbərdarlığı da vaz keçirə bilmədi. Dəfn mərasiminin izdihamlı keçirilməsi də Heydər Əliyev kimi güclü şəxsiyyəti qətiyyən narahat etmədi.

Jurnalist Elmar Hüseynovun qətlindən sonra Prezident İlham Əliyevin rəhbərlik etdiyi hakimiyyət dəfn mərasiminin Elmlər Akademiyasının binasında keçirilməsinə icazə verdi. Yenə də dəfnin izdihamlı keçməsi hakimiyyəti qorxutmadı.

Bu, insani və mənəvi dəyərin göstəricisi, müdrikliyin təsdiqi idi.

Xatırladaq ki, rus müxalifətinin lideri Aleksey Navalnının fevralın 16-da Yamal-Nenets Muxtar Dairəsinin Xarp qəsəbəsindəki islah koloniyasında dünyasını dəyişdiyi xəbəri ildırım sürətilə bütün dünyaya yayılıb. Ailə üzvlərinin və ictimaiyyətin israrlı tələbi ilə mərhum siyasətçinin meyiti düz 9 gündən sonra anasına təhvl verilib. Onun harada və necə dəfn olunacağı ilə bağlı isə indiyədək xəbər yoxdur.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*