Qırğızıstan Azərbaycanın təşəbbüslərini yüksək dəyərləndirirbackend

Qırğızıstan Azərbaycanın təşəbbüslərini yüksək dəyərləndirir

Qırğızıstan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini yüksək dəyərləndirir.

KONKRET.az xəbər verir ki, bu barədə iki ölkə başçısının bu gün Bakıda keçirilən görüşündən sonra imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsində bildirilir.

“Qırğız tərəfi Qoşulmama Hərəkatının mövcud sədri qismində Azərbaycanın fəaliyyətini, o cümlədən COVID-19 pandemiyası ilə mübarizəsi də daxil olmaqla beynəlxalq əməkdaşlığın gücləndirilməsinə dair müxtəlif təşəbbüslərini yüksək dəyərləndirir”, – sənəddə qeyd olunur.

Həmçinin tərəflərin əməkdaşlığı və beynəlxalq təşkilatlar çərçivəsindəki birgə fəaliyyəti bundan sonra da davam etdirməyə hazır olduqları diqqətə çatdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*