Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqlənib.
KONKRET.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.
Belə ki, nikahın bağlanmasına mane olan halların sayı artırılır. Məcəlləyə aşağıdakı hallar əlavə edilir.
– qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
– bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;
Qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Çox xaiş edirəm bu qərarı qəbul etməyin qphumlar da evlənməsə Azərbaycanda evlənənlərin sayı azalacaq çünki çox adam qohumla evlənir. Şəxsin mən öz yaxın qohumumu sevirəm və evlənməyi düşünürük və azadlıq istəyirik bu azadlığımızı əlimizdən almıyın!
Men bu qanunu qebul etmirem legv olunmasini xaiş edirem
Bu qonun quvveye minmesin.. Zaten isteyenler qovusacaq , sadece nigahsiz yasayib, nigahiz usaq getirecekler dunyaya. Xais edirem bu qanun legv edilsin.