Serxio Ramos “Yuventus” və ya PSJ-yə keçə bilər – İDDİAbackend

Serxio Ramos “Yuventus” və ya PSJ-yə keçə bilər - İDDİA

Madridin “Real” klubunun müdafiəçisi və kapitanı Serxio Ramos 2021-ci ilin yayında “Yuventus” və “Pari Sen-Jermen” (”PSJ”) klubları ilə müqavilə imzalaya bilər.

Bu barədə məlumatı “Football Italia” “El Chiringuito TV”yə istinadla yayıb.

Mənbənin məlumatına görə, “Yuventus” və “PSJ” ispan futbolçunun “Real” klubu ilə danışıqlarının gedişini diqqətlə izləyirlər. Ramos “Real”da 11,7 milyon avro məvacib alır.

Onun indiki müqaviləsinin müddəti gələn ilin iyununda bitir. Daha əvvəl Serxio bildirib ki, klubla yeni müqavilə imzalamaq naminə məvacibinin azaldılmasına hazırdır. Ramos “Kral klubu”nun idman şərəfini 2005-ci ildən qoruyur.

Daha əvvəl “Sevilya” klubunun heyətində oynayan futbolçu elə bu klubun yetirməsidir. Futbolçu “Real”ın heyətində 22 mükafat qazanıb, o cümlədən, dörd dəfə Çempionlar Liqasının, beş dəfə İspaniya çempionatının qalibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*