SON DƏQİQƏ: Ukrayna ordusu Dnepropetrovsk vilayətinin bir hissəsini azad etdi, cəbhə xətti dəyişdibackend

SON DƏQİQƏ: Ukrayna ordusu Dnepropetrovsk vilayətinin bir hissəsini azad etdi, cəbhə xətti dəyişdi

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin bir hissəsini azad edib və hazırda sürətlə irəliləyir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna hərbçiləri döyüş xəttini Dnepropetrovsk vilayətindən uzaqlaşdırmağa nail olub. İndi cəbhə xətti Xerson vilayətinin ərazisindən keçir. Bu barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul məlumat verib.

Vilkulun sözlərinə görə, Ukrayna hərbçiləri Xerson vilayətində 15-dən çox yaşayış məntəqəsini azad etməyə nail olub: “Hərbçilərimizin şücaəti sayəsində cəbhə xətti artıq Krivoy Roq rayonu ilə Xerson vilayətinin sərhəddində deyil. Cəbhə xətti artıq Xerson vilayətinin daxilindən keçir. 15-dən çox yaşayış məntəqəsi azad edilib, düşmən çox ciddi şəkildə geri çəkilib. Ordumuz düşmənin texnikasını, canlı qüvvəsini məhv edir” – Vilkul fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*