Yaponiya Rusiyadan 38 adda məhsulun idxalına qadağa qoydubackend

Yaponiya Rusiyadan 38 adda məhsulun idxalına qadağa qoydu

Ukraynaya qarşı müharibədən sonra Yaponiya Rusiyadan 38 adda məhsulun idxalına qadağa qoydu.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

Qərara əsasən, spirtli içkilər, o cümlədən araq, taxta-şalban məmulatları və elektrik maşınlarının idxalı qadağan edilib.

Bildirilib ki, idxalına qadağa qoyulan məhsullar 2021-ci ildə Yaponiyanın Rusiyadan ümumi idxalının 1,1 faizini təşkil edib.

Həmçin Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu beynəlxalq sanksiyaların Rusiya iqtisadiyyatına təsir etdiyini bildirib:

“Yaponiya beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək böhranın genişlənməsinin qarşısını almaq və tezliklə atəşkəsə nail olmaq üçün Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edir”.

İqbal Rzayev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*