Ziya Məmmədovun nəvəsi üçün xüsusi maşın yığıldı – Sabiq nazirdən AÇIQLAMA – VİDEObackend

Ziya Məmmədovun nəvəsi üçün xüsusi maşın yığıldı - Sabiq nazirdən AÇIQLAMA - VİDEO

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov oğlu Ziya üçün xüsusi maşın yığdırıb.

KONKRET.az xəbər verir ki, bunu əks etdirən görüntüləri tanınmiş türk iş adamı Erbakan Malkoç instaqramda paylaşıb.

E. Malkoç qeyd edib ki, bu maşın Ziyanın öz seçimi ilə yığılıb. Uşaq maşını bəyəndiyini deyib.

Qeyd edək ki, E. Malkoç “Mercedes Viano” markalı maşınları xüsusi şəkildə sifarişlə yığıb satan böyük firmanın rəhbəridir. Onun sifarişlərinə daha çox ərəb şeyxləri, milyarderlər maraq göstərirlər.

Adını daşıyan nəvəsi üçün bahalı “Mercedes Viano” markalı maşın alaraq, Türkiyədə daha lüks yığdıran sabiq nazir Ziya Məmmədov sözügedən xəbərlə bağlı açıqlama verib.

“Qaynarinfo”ya açıqlamasında Ziya Məmmədov jurnalistləri boş-boş işlərlə məşğul olmaqda günahlandırıb.

“Nə boş-boş işlərlə məşğulsunuz? Sizin işiniz-gücünüz yoxdur? Dünya doludur maşınla”, – deyə sabiq nazir əsəbləşib.

Onu da qeyd edək ki, Ziya Anar Məmmədovun oğludur. O, sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə ilə evlidir.

Xatırladaq ki, bu barədə video bir gün əvvəl yerli mediada yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*