Böyük Britaniyada alimlər 7-ci əsrdə yaşamış və Kembric yaxınlığında dəfn edilmiş 16 yaşlı qızın üzünü rekonstruksiya ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə “The Insider” nəşri məlumat yayıb.
“Sol gözü sağ gözündən bir az, təxminən yarım santimetr aşağıda idi. Real həyatda bu, kifayət qədər nəzərə çarpır”, – tibbi ekspert Hyu Morrison deyib.

Sümük və dişlərin izotop analizi göstərir ki, qız Alp dağlarında, ehtimal ki, Almaniyanın cənubunda doğulub və yeddi yaşından sonra İngiltərəyə köçüb.
Qızın üz şəkli ilk dəfə iyunun 21-də Kembricdə keçirilən sərgidə ictimaiyyətə təqdim edilib. Sərgidə həmçinin bəzədilmiş qızıl xaç da nümayiş etdirilib.

Qeyd olunub ki, qız qeyri-adi şəkildə dəfn edilib. Bahalı paltarda olan cəsəd oyma çarpayıya qoyulub. Belə ki, alimlər Kembricşir qraflığında dəfn edilən qızın aristokrat ailədən və İngiltərənin xristianlığı qəbul edən ilk sakinlərindən biri olduğunu düşünürlər.
İqbal Rzayev,
KONKRET.az
