50 dollara aldığı kreslodan sərvət qazandı – FOTObackend

50 dollara aldığı kreslodan sərvət qazandı - FOTO

ABŞ-da maraqlı hadisə baş verib.

KONKRET.az xəbər verir ki, Los-Ancelesdə yaşayan mebel dizayneri, eyni zamanda “TikTok”er olan Castin Miller “Facebook” “Marketplace”dən 50 dollara köhnə dəri kreslo alıb. İlk baxışdan sadə kreslo kimi görünən məhsul sonradan ona sərvət qazandırıb.

Belə ki, “TikTok”er oturacağı hərracda 85 min dollara sataraq böyük gəlir əldə edib.  Castin Miller nadir Danimarka dizayn kreslosunu aldıqdan sonra “TikTok”da bərpa macərasını paylaşıb.

Miller bu uğurdan məmnun olduğunu və gələcəkdə də belə işlərə imza atmağa ümid etdiyini bildirib. Kreslo hərracda böyük marağa səbəb olsa da, Sotheby’s rəsmiləri nəticəni müsbət qarşılayıblar./Unikal

  • 50 dollara aldığı kreslodan sərvət qazandı - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*