ABŞ-da yaşayan tanınmış azərbaycanlı alim vəfat etdi – FOTObackend

ABŞ-da yaşayan tanınmış azərbaycanlı alim vəfat etdi - FOTO

Tanınmış azərbaycanlı biokimyaçı alim, ABŞ-ın Ayova Universitetinin əməkdaşı Həkim Muradov vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.

Bildirilib ki, alim 64 yaşında dünyasını dəyişib.

Bildirilib ki, H.Muradov 29 oktyabr 1958-ci ildə Şəkidə anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini bitirdikdən sonra AMEA-da Bioloji Tədqiqatlar Mərkəzində təyinatla işə başlayıb və tez bir zamanda Moskva şəhərinə ezam edilib.

Həkim SSRİ Elmlər Akademiyasının vitse-prezidenti, akademik Y.A.Ovçinnikovun rəhbərlik etdiyi Zülalların Bioüzvükimyası Laboratoriyasında elmi tədqiqata başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*