“Məcburi köçkünlərin geri qayıtması üçün işğaldan azad edilmiş ərazilərdə uğurlu minatəmizləmənin həyata keçirilməsi və bərpa işlərinin görülməsi son dərəcə vacibdir. ABŞ bu prosesi dəstəkləyir”.
KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger jurnalistlərə bildirib.
Səfirin sözlərinə görə, ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə kömək etməyə tərəfdardır.
“Bu istiqamətdə atılan addımları dəstəkləyirik. Bu yaxınlarda Avropa İttifaqı bu istiqamətdə vacib rol oynadı və biz bunu dəstəkləyirik”, – Litzenberger deyib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işləri haqqında danışarkən səfir bu işdə daha çox ABŞ şirkətlərinin iştirak etməsini arzuladığını bildirib:
“Enerji və minatəmizləmə sahəsində işləyən şirkətlər var. Lakin onların sayının daha çox olmasını istərdik. Daha çox şirkət cəlb etmək üçün açıq tenderlər elan etmək lazımdır”.
