ABŞ Hərbi Dəniz Qüvvələri və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri Şərq dənizində (Yapon dənizi) birgə hərbi təlim keçirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “NHK WORLD” məlumat yayıb.
Bildirilib ki, təlimdə 7-ci Donanmanın nüvə enerjisi ilə işləyən “USS Abraham Lincoln” gəmisi, idarə olunan raket kreyserləri iştirak edib.
Birgə təlimlər Şimali Koreyanın qurucusu Kim İr Senin 110 illik yubileyi çərçivəsində keçiriləcək raket sınaqlarına qarşı xəbərdarlıq məqsədi daşıyır.
İqbal Rzayev,
KONKRET.az
