Ağır xəstəlik modeli yaşlı qadına ÇEVİRDİbackend

Ağır xəstəlik modeli yaşlı qadına ÇEVİRDİ

Tel-Əvivdə bir neçə il anoreksiya ilə mübarizə aparan model Karin Bouman 36 yaşında dünyasını dəyişib.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, ağır xəstəlik modeli yaşlı qadına çevirib.

Məlumata görə, Karinin səhhətindəki problemlər onun pəhriz saxlamasından sonra ortaya çıxıb. Artıq 22 yaşında onda ciddi yemək pozğunluğu yaranıb. Ölümündən bir müddət əvvəl isə qızın çəkisi 24 kiloqrama düşüb.

Ağır pnevmoniyadan sonra xəstəxanaya yerləşdirilən Karin süni nəfəs aparatına qoşulub, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, elm adamları anoreksiyanın inkişafını təkcə psixoloji amillərdən deyil, həm də insanın bağırsaq mikroflorasının tərkibindən asılı olduğunu müəyyən ediblər. Anoreksiya yeməkdən tamamilə imtina ilə xarakterizə olunan xəstəlikdir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*