Ağstafada su sayğacları oğurlandı – FOTObackend

Ağstafada su sayğacları oğurlandı - FOTO

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakini, əvvəllər məhkum olunmuş, Şamil Məhərrəmov vətəndaşlara məxsus 30-a yaxın su sayğacını oğurlayaraq ümumilikdə 1000 manatdan çox maddi ziyan vurub.

Ş. Məhərrəmov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Ağstafada su sayğacları oğurlandı - FOTO

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*