Aİ ölkələri ukraynalıların qrivnasını pulsuz çevirəcəkbackend

Aİ ölkələri ukraynalıların qrivnasını pulsuz çevirəcək

Avropa İttifaqına üzv ölkələr ukraynalı qaçqınlara gətirdikləri qrivnaları pulsuz və rəsmi məzənnə ilə avroya çevirmək imkanı verəcək sistemin yaradılmasını təsdiqləyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Şurası üzv ölkələrin nümayəndələri bildirib. Açıqlamada ukraynalı qaçqınların qrivnalarını başqa valyutalara çevirməkdə çətinlik çəkdikləri və qərarın qaçqınlara kömək məqsədi daşıdığı qeyd edilib.

Qərar çərçivəsində Aİ ölkələri ukraynalıların Ukrayna  Mərkəzi Bankı üzərindən rəsmi məzənnə ilə adambaşına 10 min qrivna (təxminən 310 avro) mübadilə edə biləcəyi bildirilib. Açıqlamada qeyd olunub ki, sözügedən mübadilə prosesi üçün heç bir ödəniş alınmayacaq.

Qeyd edək ki, Aİ ölkələrinə 4 milyondan çox ukraynalı qaçqın gəlib. Onlar özləri ilə gətirdikləri yerli valyutanı dəyişməkdə çətinlik çəkirlər.

Avropada heç kim qrivna almaq istəmir, çünki zərər ehtimalı çoxdur. Bəzi vasitəçilər qaçqınların pullarını çox aşağı məzənnə ilə çevirsələr də, bu vəziyyət qaçqınların zərər çəkməsinə səbəb olur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*