Alimlər yeni orqan tapdılar – FOTObackend

Alimlər yeni orqan tapdılar - FOTO

Hollandiyalı tədqiqatçılar təsadüfən əvvəllər diqqət çəkməyən yeni orqan kəşf ediblər.

KONKRET.az Bakupost.az-a istinadən xəbər verir ki, insan bədənində 78 müxtəlif orqan var. Ancaq indi 79 olduğunu deyə bilərik.

Hollandiya Xərçəng İnstitutunun alimləri təsadüfən yeni orqan kəşf ediblər.

Tədqiqatçılar şişin müalicəsi üçün radioaktiv qlükoza yeridilmiş xəstələrə CT və PET yoxlamaları aparıblar.

Skanları araşdıran qrup, inyeksiya zamanı başın içərisində iki nahiyənin işıqlandığını görüb və orada bir cüt tüpürcək vəzi olduğunu irəli sürüb.

Komanda orqana “borucuq tüpürcək vəzi” adını verib.

Bu orqan burnun arxasında yerləşir. Burun boşluğunun boğazla birləşdiyi yerdə yerləşir və burun və ağızın arxasındakı yeri nəmləndirməyə xidmət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*