Çin Almaniyanın xarici işlər naziri Annalena Baerbokun prezident Si Çinpin haqqında “diktator” ifadəsini işlətməsinə etiraz edib.
KONKRET.az xəbər verir ki, Almaniyanın Pekindəki səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağrılıb.
Çin tərəfi hələ görüşlə bağlı açıqlama verməsə də, Almaniyanın xarici işlər naziri Baerbok səfir Florun sentyabrın 17-də Çin rəsmiləri tərəfindən görüşə çağırıldığını təsdiqləyib.
Sentyabrın 14-də ABŞ-a səfəri zamanı Baerbok “Fox News” televiziyasına Rusiya-Ukrayna müharibəsi və Rusiya prezidenti Vladimir Putin haqqında şərh verərək deyib: “Əgər Putin müharibədə qalib gəlsə, bu, dünyanın digər diktatorlarına, məsələn Çin prezidenti Çinpinə hansı mesajı verəcək?” ifadəsini işlədib.
Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq dünən Pekində keçirilən gündəlik mətbuat konfransında məsələ ilə bağlı verilən sualı belə cavablandırıb: “Alman tərəfinin absurd və son dərəcə məsuliyyətsiz bəyanatlarını rədd edir və pisləyirik. Faktlara və diplomatik münasibətlərə uyğun olmayan bəyanatlardır. Protokol Çinin siyasi namusunu pozan açıq-aşkar təxribatdır”, – deyə o cavab verib.
Sözçü Mao bildirib ki, Çin diplomatik kanallarla Almaniyaya etiraz edib.
Baerbokun açıqlamaları və Maonun cavabı ilə bağlı sual nazirliyin dərc etdiyi iclasın stenoqramına daxil edilməyib.
Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası üçün Nyu Yorka gedən Baerbock mətbuat mənsublarının sualına cavab olaraq məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az