Almaniyada yaşayan rus tədqiqatçı casusluq ittihamı ilə HƏBS EDİLDİbackend

Almaniyada yaşayan rus tədqiqatçı casusluq ittihamı ilə HƏBS EDİLDİ

Almaniyada yaşayan Rusiya vətəndaşı, tədqiqatçı İlnur N Rusiya kəşfiyyatına casusluq etdiyi iddiası ilə 1 il həbs cəzasına məhkum edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Alman Xəbər Agentliyi (DPA) bildirilib.

Münhen Ali Regional Məhkəməsi 2021-ci ilin iyun ayından həbsdə olan İlnur N-i 1 il həbs cəzasına məhkum etsə də, hökmü təxirə salıb. Həbsi ləğv edilən və sərbəst buraxılan İlnur N Rusiya xüsusi xidmətinin ictimaiyyətə açıq olan məlumatlarla maraqlanacağını ağlına belə gətirə bilmədiyini bildirib.

Həmçinin Federal Prokurorluq İlnur N-ni 2020-ci ilin oktyabr ayından etibarən Rusiya kəşfiyyat rəsmiləri ilə görüşməkdə və onlara universitet haqqında məlumat verməkdə ittiham edib.

Qeyd edək ki, evində və ofisində axtarış aparılan İlnur N-nin Rusiya kəşfiyyatına verdiyi məlumat müqabilində pul aldığı da bildirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*