Avropa İttifaqı Rusiya neftinə qarşı sanksiyalar hazırlayır.
KONKRET.az “İnterfaks”a istinadən xəbər verir ki, Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Mamer Avropa İttifaqının Rusiya neftinə qarşı sanksiyalar hazırlanması barədə xəbərləri təsdiqləyib. O, Brüsseldə keçirdiyi brifinqdə deyib:
“Biz həqiqətən neft sektorunda potensial sanksiyalar üzərində işləyirik”.
O əlavə edib ki, bu tədbirlər işlənərkən təfərrüatlara varılmayacaq. Mamer onu da xatırladıb ki, bir neçə həftə əvvəl Strasburqda beşinci sanksiyalar paketini elan edərkən, AK rəhbəri Ursula fon der Leyen artıq neftlə bağlı gələcək sanksiyaların nəzərdə tutulduğunu bəyan edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
