Azərbaycan və Ukrayna tamaşaçılarının nifrət etdiyi APARICI – O, özünü tamaşaçıya necə göstərir?backend

Azərbaycan və Ukrayna tamaşaçılarının nifrət etdiyi APARICI - O, özünü tamaşaçıya necə göstərir?

Olqa Skabeyeva. Azərbaycan tamaşaçıları Rusiya televiziyasının ideoloq-aparıcılarından biri olan bu adı yaxşı tanıyır. 2020-ci ilin sentyabrında başlayan 44 günlük ikinci Qarabağ savaşında antiAzərbaycan mövqeyi ilə daha çox nifrətimizi qazanan Olqanı eyni zamanda Ukraynada da sevmirlər.

KONKRET.az tanınmış telejurnalistin efirdə niyə məhz şalvar geydiyi barədə sosial şəbəkələrdə gedən müzakirələrə diqqət çəkib.

Qeyd edək ki, 2016-cı ilin payızından Olqa əri Yevgeni Popov ilə birlikdə məşhur “60 dəqiqə” tok-şousuna ev sahibliyi edir. Bu gün aparıcının nə üçün həmişə şalvarda ekranda görünməsi müzakirələrə səbəb olub. Onun haqqında yazılan rəylərdə xüsusi olaraq vurğulanır ki, Olqa özünü  tamaşaçıya sərt, qətiyyətlə kişi görünüşü ilə daha ciddi təqdim etmək istəyir.

Amma əri başqa cür düşünür. Yevgeniyə görə, onun zövcəsi unikal idmançı bədən quruluşuna malikdir. Sadəcə qadın paltarında bu bədən forması cazibədar görünmür.

Digər rəylərə görə isə Skabeyevanın obrazı peşəkar stilistlər komandası tərəfindən düşünülüb. Şalvar isə sərt davranış və “metal” səslə yanaşı, teleaparıcı obrazının bir hissəsidir.

Ümumiyyətlə, Skabeyevanın rəhbərlik etdiyi ictimai-siyasi şounun formatı əhval-ruhiyyə üçün o qədər də əlverişli deyil. Ər-arvad aktual məsələləri daha çox sərt müzakirə formatında təqdim etməyə üstünlük verir. Televiziya mütəxəssisləri də belə hesab edir ki, studiyanın qonaqları arasında sərt mübahisələr fonunda qadın obrazı tamamilə yersiz görünür.

Olqanın özü veriliş zamanı bir dəqiqə belə oturmur və yerində dayanmır. Studiyanı geniş addımlarla ölçür, dominantlıq edir, rəqibdən rəqibə keçid edir. Stilistlər hesab edir ki, şou xatirinə qəsdən aqressiv görünmək üçün qadın paltarı münasib görünmür.

Amma Olqanı tanıyanlar deyir ki, 2000-ci illərdə o, “Vesti Sankt-Peterburq” kanalında işləyərkən özünün “sərt” obrazını yaratmışdı. Sonra o, cins şalvarda, dəri gödəkçədə və qalstukda ekrana çıxırdı.

Qeyd edək ki, bu “sərt qız”ı Ukraynanın nümayəndə heyəti ağzını sinələrinə sıxaraq bağlamışdı.

Olqa Skabeyeva isə hamının acığına öz yeni fotoqalareyasını yaymaqla gözəl olduğunu nümayiş etdirmək istəyir.

Hazırladı: Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*