Azərbaycan xalqı Ümummilli Liderin məzarını ziyarət edir – FOTObackend

Azərbaycan xalqı Ümummilli Liderin məzarını ziyarət edir - FOTO

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir.

KONKRET.az xəbər verir ki, səhər saatlarından başlayaraq Azərbaycan ictimaiyyətinin nümayəndələri axın-axın Fəxri xiyabana gəlir, Ümummilli Liderin məzarını ziyarət edir, məzarı önünə tər çiçək dəstələri qoyur, ruhuna dualar oxuyurlar.

Ziyarətdə ziyalılar, ictimai xadimlər, dövlət qulluqçuları, gənclər, Azərbaycan müxtəlif rayon və şəhərlərindən gələn sadə vətəndaşlar iştirak edirlər.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*