Bərdədə canavar kəndə hücum edib.
KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, hadisə rayonun Çələbilər kəndində qeydə alınıb.
Məlumata görə, kənd ərazisində məskunlaşan Ağdam rayon sakini Vüqar Əhmədova məxsus təsərrüfata hücum çəkən canavarlar ciddi ziyan vurub.
V.Əhmədov bildirib ki, canavarların hücumu nəticəsində 15 qoyun yoxa çıxıb, 24 qoyun tələf olub, 20 qoyun isə yaralanıb.