Azərbaycanda tanınmış aparıcılardan Tural Əsədov koronavirusa yoluxub.
KONKRET.az xəbər verir ki, bu barədə aparıcının özü sosial şəbəkə hesabında “Karantin qocaltdı bizi” yazaraq məlumat verib.
Qeyd edək ki, Tural Əsədov “Səhər mərkəzi” proqramının aparıcısıdır. Proqramı bir neçə gündür yoluxma səbəbilə Tural Əsədov aparmır.

